BaşlıcaSiyasət

Ararat Mirzoyan gürcü həmkarı ilə Artsaxdakı humanitar böhrandan danışıb

Martın 24-də ER Xarici işlər naziri Ararat Mirzoyan ilə Gürcüstan Baş nazirinin müavini, Xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı olub.

Həmsöhbətlər Ermənistan-Gürcüstan münasibətlərinin davamlı inkişafı, yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərləri vasitəsilə siyasi dialoqun gücləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı ER Xarici işlər naziri həmkarına Azərbaycan tərəfindən  Dağlıq Qarabağ əhalisinə psixoloji təzyiq göstərmək, ağır qış şəraitində həyati infrastrukturun normal fəaliyyətinə mane olmaq üzrə hərəkətləri barədə məlumat verib ki, bunun da nəticəsində Artsax humanitar böhran astanasındadır.

Ararat Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başlanması ilə bağlı erməni tərəfinin mövqeyinə toxunaraq, bu kontekstdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik rolunu vurğulayıb.

Həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha çox göstər
Back to top button