BaşlıcaSiyasət

ER Xİ naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini qəbul edib

Martın 25-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

Görüş zamanı Ararat Mirzoyan Dağlıq Qarabağda – Rusiya Federasiyasının sülhmərmalılarının məsuliyyət zonasında  Parux kəndi istiqamətində Azərbaycan tərəfinin zorla daxil olmasını, həyati əhəmiyyətli infrastrukturun normal fəaliyyətinə qəsdən mane olması və etnik təmizləməyə yönəlmiş digər addımlarını təqdim edərək, Azərbaycan bölmələrinin martın 23-də olan başlanğıc mövqelərinə geri çəkilməsinin vacibliyini vurğulayıb. 

Ararat Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə aparılan danışıqlara dair Ermənistan tərəfinin mövqeyini təqdim edib və bu kontekstdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik roluna əhəmiyyət verib.

Daha çox göstər
Back to top button