
ER-ın ABŞ-dakı səfiri Lilit Makunts “House Democracy Partnership” komissiyasının sədri, konqresmen Deyvid Prays ilə görüşüb. ER-in ABŞ-dakı səfirliyindən verilən məlumata görə, səfir Makunts 2020-ci ildə Ermənistan Respublikası Parlamentinin “House Democracy Partnership” komissiyasının tərəfdaşı kimi üzvlüyünü vurğulayıb və iki qanunverici orqan arasında səmərəli əməkdaşlığı yüksək qiymətləndirib.
Səfir Makunts konqresmeni Ermənistan və Artsax ətrafındakı təhlükəsizlik mühiti haqqında məlumatlandırıb və regionda gələcək gərginliyin qarşısını almaq üçün ABŞ və digər ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəal iştirakının zəruriliyini vurğulayıb.
Görüş zamanı səfir Makunts Ermənistan-Amerika parlamentlərarası dostluq əlaqələrinin inkişafına və möhkəmlənməsinə mühüm töhfəyə görə konqresmen Praysa ER Parlamentinin sədrinin əmri ilə təltif edilmiş “Şərəf medalı”nı verib.







