BaşlıcaSiyasət

Paşinyan Brüssel görüşü barədə: “Biz kommunikasiyaların açılması məsələsində bəzi anlaşılmazlıqlar qeyd etmişik”

Ermənistanın Baş naziri Nikol Paşinyan  və Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə regionda kommunikasiyaların açılması məsələsində fikir ayrılıqlarını qeydə alıb və işi davam etdirmək barədə razılığa gəliblər.

Alınan məlumata görə, bu haqda  Paşinyan hökumət iclası ərzində Brüsseldə keçirilən üçtərəfli görüşə istinadən deyib.

Paşinyanın sözlərinə görə, digər məsələlərlə yanaşı, müzakirə mövzularından biri də regional kommunikasiyaların açılması məsələsi olub.

“Biz bununla bağlı bəzi anlaşılmazlıqlar qeydə aldıq, həll yollarını tapmaq üçün işi davam etdirməyə razılaşdıq” – deyərək Baş nazir  qeyd edib.

Qeyd edək ki, Ermənistanın Baş naziri, Azərbaycan prezidenti  və Avropa Şurasının  rəhbəri aprelin 6-da Brüsseldə görüşüb.

Daha çox göstər
Back to top button