BaşlıcaSiyasət

Azərbaycan Hadrut kilsəsini təhqir edib: Xaç götürülüb, erməni yazıları  silinib (Fotolar)

War.karabakhrecords.inf saytının verdiyi məlumata görə, 2022 –ci il aprelin 27-də Azərbaycanın hökumətyönlü xəbər agentlikləri Hadrut şəhərinin   “Surb Harutyun” kilsəsindən yeni fotoları dərc edən “Hadrutda Pasxa bayramı qeyd edildi” başlıqlı məqalə dərc edib.

Fotoşəkillərin araşdırmaları Xaçın kilsədən götürüldüyünü açıq şəkildə  təsvir edir.

Bütün bunlar Azərbaycanın planlaşdırdığı siyasətin nəticəsidir və bunu həmin ölkənin yüksək vəzifəli şəxslərinin bəyanatları da sübut edir.

Aylar öncə Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov bildirmişdi ki, Artsaxın işğal olunmuş abidələrindən erməni izlərini aradan qaldırmaq üçün Azərbaycanda “işçi qrupu” yaradılır.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Hadrut şəhərindəki “Surb Astvatsatsin” kilsəsinə səfəri zamanı Azərbaycanın erməni mədəniyyət irsinə qarşı siyasətinin mahiyyətini gizlətmədən erməni qeydlərini silməyə çağırıb. Məqsəd isə məhvetmə, çevrilmə və mənimsəmədir.

“Surb Harutyun” kilsəsi 1621-ci ildə Makar Barxudaryants  tərəfindən tikilmişdir.   Daha sonra 1819-cu ildə təmir edilmiş, həmin vaxt kilsənin günbəzi quraşdırılmışdır (“Dağlıq Qarabağın tarixi-memarlıq abidələri”, Мкртчян Ш., 1987, Yerevan, s. 3).

“Surb Harutyun” kilsəsi sonuncu dəfə Bağdasarovun maliyyə dəstəyi ilə  1999-cu ildə təmir olunub.    Müharibədən əvvəl “Surb Harutyun” fəaliyyət göstərən bir kilsə olub. Müharibə zamanı zərər çəkməyib. Kilsənin təhqir olunması halları  müharibə bitdikdən sonra baş verdi.

Eyni şəkildə, müharibədən sonra işğal olunmuş Artsax ərazilərində bütün erməni mədəniyyət abidələri vandalizmin qurbanı oldu.

Bir müddət əvvəl azərbaycanlıların Hadrutdakı “Spitak Xaç” kilsəsinin Xaçı, “Surb Qazançetsots” kilsəsinin günbəzindən  götürüldüyü, Talış kilsəsini murdarlandığı, Şuşinin “Kanaç Jam”ı, Mexakavandakı “Surb Astvatsatsin” kilsəsini dağıddıqları barədə biz məlumatlandırmışdıq.

Daha çox göstər
Back to top button