BaşlıcaSiyasət

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri üçüncü dəfə görüş keçirib

Mayın 3-də Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesinin xüsusi nümayəndələri, müvafiq olaraq, Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və səfir Serdar Kılıç Vyanada üçüncü dəfə görüş keçiriblər.

Xüsusi nümayəndələr bu proses vasitəsilə ölkələri arasında tam hüquqlu nizamlanmaya nail olmaq məqsədini bir daha təsdiqlədilər.

Bununla bağlı səmimi və səmərəli fikir mübadiləsi aparılıb, nəzərəçarpacaq irəliləyişə nail olmaq üçün bu istiqamətdə atılması mümkün olacaq addımlar müzakirə olunub.

Onlar prosesin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılıqlarını bir daha təsdiq ediblər.

Daha çox göstər
Back to top button