
Azərbaycan Ermənistanla sülh sazişi imzalamaq istəyir. Bu haqda Azərbaycan Prezidenti İlham Əliyev litvalı həmkarı ilə geniş tərkibdə görüşü ərzində deyib.
“Biz regiondakı vəziyyəti, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini də geniş müzakirə etdik. Bilirəm ki, Azərbaycandan sonra prezident Ermənistana səfər edəcək.
Əminəm ki, bu səfər başa çatdıqdan sonra onun tam mənzərəsi olacaq. Amma bizim mövqeyimiz çox aydındır: “Biz Ermənistanla sülh sazişi imzalamaq, münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik.
Qeyd edək ki, Azərbaycan Ermənistanın suveren ərazisini işğal edən birləşmələri, yəqin ki, həm də sülhməramlı istəklər üzündən hələ də geri çəkməyib.







