BaşlıcaBeynəlxalq

Ərəb dünyası Erdoğana Osmanlı İmperiyasını dirçəltməyə imkan verməyəcək

Türkiyə region üçün böyük təhlükə yaradır. Bu barədə Misirin beyin mərkəzlərindən birinin tanınmış eksperti Rami Zuhudi məlumat verib.

“Biz Osman İmperatorluğu dövründə çox şey itirdik. Biz Osmanlı İmperatorluğunun dirçəlməsini istəmirik” – deyərək o qeyd edib.

Onun sözlərinə görə, Türkiyə hələ də “Cəbhət ən-Nusra” və “İslam Dövləti” kimi terror təşkilatlarla əməkdaşlıq edir.

O, qeyd edib ki, Türkiyənin son illərdə Suriya böhranına qarışması Ankaranın bütün Yaxın Şərqi öz təsir dairəsinə çevirmək istədiyindən xəbər verir.

O, Türkiyəni Suriyada müxtəlif azlıqlara qarşı təzyiqlərdə günahlandırıb.

“Bu, şübhəsiz ki, böyük bir cinayətdir  və  regionun demoqrafik göstəricilərini dəyişmək cəhdidir. Suriyanın Şimalını türkləşdirməyə çalışırlar.

Ərəb ölkələrinin bu məsələdə tutduğu mövqelərdən asılı olmayaraq, Türkiyənin bu bölgədə ekspansiyası böyük təhlükədir. Üstəlik, Türkiyənin hədəfi təkcə Suriya deyil: Ərəb dünyası heç vaxt Ərdoğana Osmanlı imperiyası yaratmağa imkan verməyəcəkdir”.

Daha çox göstər
Back to top button