
Türkiyənin ana müxalifət partiyasının lideri Kamal Kılıçdaroğlu bildirib ki, prezident Rəcəb Tayyib Erdoğan və onun hakim Ədalət və İnkişaf Partiyasının (AKP) aparıcı məmurları beynəlxalq pul köçürmələrində iştirak etdikləri üçün ölkədən qaçmağa hazırlaşırlar.
“Türkiyə lideri siyasi dairəsinin planının bir hissəsi də gələn il hökumət dəyişdikdə cinayət təqibindən yayınmaqdır” – deyərək Respublikaçılar partiyasının lideri Kamal Kılıçdaroğlu parlamentdə deputatlarla görüşü zamanı bildirib.
Türkiyə prezidenti “qaçmağa hazırlaşır” deyən Kılıçdaroğlu iddia edilən sxemdə “Erdoğanın ailə üzvlərindən başlayaraq bir neçə yüz adamın” iştirak etdiyini qeyd edib.
Onlar “hüquqi qurumlar vasitəsilə xaricə külli miqdarda pul götürməkdə” ittiham olunacaqlar.
“Bunu inkar etməyə çalışmayın, biz bütün həqiqəti bilirik, əlimizdə bütün sənədlər də mövcuddur”.- deyərək Kılıչçdaroղlu Erdoğana müraciət edərək qeyd edib.







