BaşlıcaSiyasət

Aİ Ermənistana 14,2 milyon avroluq qrantın verilməsini təsdiqlədi

Avropa İttifaqı “Ermənistanın ədliyyə sektorunda islahatlara dəstək” və “Ermənistanın COVID-19 qarşıdurma sazişi” büdcə dəstəyi proqramları çərçivəsində Ermənistan Respublikasına qrant şəklində 14,2 milyon avronun verilməsini təsdiqləyib.

“Bu ayırma Avropa İttifaqı ilə Ermənistan hökuməti arasında uğurlu əməkdaşlığın nəticəsidir”,-deyə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin qeyd edib.

14,2 milyon avronun verilməsi Ermənistanın ədliyyə sektorunda islahatların aparılmasına və COVID-19 pandemiyasının yaratdığı sosial-iqtisadi problemlərin aradan qaldırılmasına dəstək verəcək.

Daha çox göstər
Back to top button