BaşlıcaSiyasət

ER XİN Rusiya səfirliyinin notasına müəyyən olunmuş qaydada cavab verib

Ermənistan Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin notasına müəyyən olunmuş qaydada cavab verib. Bu barədə “Armenpress”ə ER Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan məlumat verib.

“Notanın məzmunu daxili diplomatik yazışmaların tərkib hissəsidir və müvafiq olaraq, biz onun dərcini düzgün hesab etmirik”, – deyə Hunanyan bildirib.

Avqustun 17-də məlum olub ki, Rusiya səfirliyi avqustun 14-də “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla bağlı mətbuatda Rusiya strukturlarına qarşı irəli sürülən ittihamlarla bağlı ER Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Daha çox göstər
Back to top button