Başlıcaİctimaiyyət
Kristina Aqilera “Hrazdan” stadionunda konsertlə çıxış edəcək

Dünya şöhrətli estrada ulduzu, altıqat “Qremmi” mükafatı laureatı Kristina Aqilera oktyabrın 22-də Yerevandakı “Hrazdan” stadionunda konsert proqramı ilə çıxış edəcək.
“Dünya şöhrətli estrada ulduzu Kristina Aqilera payız festivalımızın səhnəsində eksklüziv konsert proqramı ilə çıxış edəcək. Sevimli tamaşaçılarımızı göz qamaşdıran şou proqramı, əvəzolunmaz duyğular və unudulmaz xatirələr gözləyir”,-Haya festivalının məlumatında deyilir.







