BaşlıcaSiyasət

ER Baş naziri:  “Ermənistan öz ərazisindən dəhliz verməyəcək”

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bəyan edib ki, Ermənistan öz ərazisindən dəhliz ayırmayacaq.

“Bizim bütün müttəfiqlərimizlə bu məsələylə bağlı müzakirə edirik və bizim ümumi anlaşmamız var, o cümlədən, fikrimcə, beynəlxalq ictimaiyyətlə.

Bizimlə müzakirələrdə dəhlizdən danışan elə bi ölkə yoxdur. Əgər belə bir ölkəolsa belə, biz bunu müzakirə etməyəcəyik, çünki biz belə bir məsələni müzakirə etmirik.

Hansı dəhliz, o dəhlizi kim icad edib? Bu dəhliz axı harada yazılıb? Azərbaycan deyir: 2020-ci il noyabın 9-da olan bəyanatın 9-cu bəndinə əsasəndir.Axı 9-cu bənd dərc olunmuş bənddir.

Mən dünyanın bütün savadlı adamlarını 9-cu bənddə “dəhliz” sözünü tapmağa çağırıram”- deyə Ermənistanın Baş naziri  qeyd edib.

Paşinyan xatırladıb ki, 9-cu bəndin icrası ilə bağlı yeni üçtərəfli bəyanat 2021-ci il yanvarın 11-də imzalanıb, burada 9-cu bəndin nə demək olduğu və nədən bəhs edildiyi qeyd olunub.

“Sizə bir sirr açım. Biz üçtərəfli işçi qrupu formatında Azərbaycana yeni tövsiyələr toplusunu təqdim etdik və mən də həmin tövsiyəni Brüsseldə əlimlə Azərbaycan prezidentinə verdim.

Həmin təklif qəbul olunan kimi, biz onun həyata keçirilməsinə dərhal hazırıq.

Bu təklif yolları açmağa, verməyə və almağa hazır olduğumuz barədə bütün ictimai bəyanatlarımızdan ibarətdir” – deyə Paşinyan bildirib.

Sentyabrın 13-də saat 00:05-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Qoris, Sotk və Cermuk istiqamətində, erməni mövqeləri istiqamətində artilleriya və iriçaplı silahlardan intensiv atəşə tutulub.

Rəqib də PUA-dan istifadə edir. Sonralar Azərbaycan artilleriya vasitələrindən başqa istiqamətlərdə də istifadə etdi. Ermənistan tərəfində itkilərin sayı hazırda 105 nəfərdir. Yaralanan 6 mülki vətəndaşdan 4-nün xəstəxanalarda müalicəsi davam edir.

Daha çox göstər
Back to top button