BaşlıcaSiyasət

Azərbaycan Ermənistana silah tədarükünün qarşısını almağa çalışır

Ermənistan-Azərbaycan sərhədinin cənub-şərq istiqamətində Azərbaycan silahlı qüvvələri ötən gün növbəti təxribatı törədib və mühəndis işləri aparan bölmələrimizə hücum ediblər. Bunu Baş nazir Nikol Paşinyan hökumətin növbəti iclasında bildirib.

“Mühəndislik işləri Ermənistan Respublikası ərazisində aparılıb, hücumları həyata keçirən Azərbaycan bölmələri də Ermənistan Respublikası ərazisindədirlər. Ermənistanın ərazisi işğal olunub və bu, təcavüzün davamıdır. Aydındır ki, Azərbaycan silahlı qüvvələri Ermənistan ərazisindən çıxmalıdır”, – Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, Ermənistan silahlı qüvvələrində genişmiqyaslı islahatlar prosesinə başlayıb və Azərbaycan bu cür təxribatlarla bu islahatlara mane olmağa çalışır. Baş nazir deyib ki, Azərbaycan Ermənistanın müttəfiqləri ilə münasibətlər qurmaqda müəyyən uğurlara malikdir:

“Ona görə çalışır ki, Ermənistana silah verilməsin. Elə hallar var ki, yüz milyonlarla dollar ödənilib, lakin Ermənistana silah tədarükü ilə bağlı öhdəliklər, o cümlədən müttəfiq ölkələr tərəfindən yerinə yetirilmir”.

Onun sözlərinə görə, bütün bunlar bir məqsədlə edilir ki, Ermənistan dövlətçiliyindən, suverenliyindən, ərazi bütövlüyündən imtina edərək güzəştə getsin, lakin bütün amillərə baxmayaraq, biz müstəqilliyimizi, suverenliyimizi, ərazi bütövlüyümüzü qorumaq əzmindəyik.

Daha çox göstər
Back to top button