BaşlıcaSiyasət

Ermənistan Prezidenti Beynəlxalq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru qəbul etdi

Ermənsitan Respublikasının Prezidenti Vahagn Xaçaturyan Beynəlxalq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossini qəbul edib. Prezident Xaçaturyan qeyd etdi ki, ER hökuməti ilə MAQATE arasında əməkdaşlıq əhəmiyyətlidir.

“Sizin səfəriniz bizim üçün çox önəmlidir. Ermənistanda atom elektrik stansiyası 1976-cı ildə işə başlayıb. O vaxtdan indiyə kimi biz müxtəlif sınaqlardan keçmişik. Mən Spitak zəlzələsini və ondan sonra Atom Elektrik Stansiyasının dayanmasını nəzərdə tuturam. Daha sonra 1995-ci ildə fəaliyyətini bərpa etdi.

Əminliklə deyə bilərəm ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə sıx əməkdaşlığımız, agentlik tərəfindən göstərilən geniş məsləhət və texniki dəstək olmasaydı, AES-in yenidən işə salınması reallaşmazdı. Ümid edirəm ki, əməkdaşlığımız davamlı olacaq”,- Prezident qeyd etdi.

Rafael Mariano Qrossi qeyd edib ki, onun rəhbərlik etdiyi struktur təhlükəsizlik və rəqəmsal sistemlərin inkişafında, eləcə də strategiyanın hazırlanmasında Ermənistana dəstək verməyə hazırdır.

Görüş zamanı Ermənistanda yeni atom enerji blokunun tikintisinin layihələndirilməsi işlərinə, gənc və peşəkar mütəxəssislərin hazırlanmasının zəruriliyinə toxunulub. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru vurğulayıb ki, Ermənistan həmişə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin dəstəyini gözləyə bilər.

Daha çox göstər
Back to top button