
Oktyabrın 13-də Avropa Birliyinin texniki qrupu Ermənistan və Azərbaycan sərhədində Aİ-nin mülki missiyasının konkret yerini müzakirə etmək üçün Ermənistana gələcək. Bunu ER xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib.
“Bu gün Aİ-dən texniki qrup gələcək, o, bu məsələləri və Aİ missiyasının yerləşdirilməli olduğu bütün meyarları müzakirə edəcək”, – Hovhannisyan bildirib.
KTMT-nin müşahidəçiləri göndərməyə hazır olduğunu bildirməsinə toxunan nazir müavini bildirib. “Təhlükəsizliyimizi gücləndirəcək və sentyabrda yaşadığımız vəziyyətin təkrarlanmamasına kömək edəcək bütün təkliflərə açığıq”.







