
Fransa parlamentinin üzvlərindən sonra Avropa Parlamentinin nümayəndələri Syunikdə olublar. Onlar sentyabr ayında Ermənistanın suveren ərazidinə qarşı Azərbaycanın törətdiyi təxribatın nəticələri ilə yerindəcə tanış olublar.
Gorisin icra hakimiyyət başçısı Aruş Aruşanyan Avropa nümayəndələrini Azərbaycanın ilk atəş açan Ermənistan tərəfinin olması barədə əsassız bəyanatlarına inanmamağa çağırıb.
“Azərbaycan tərəfi sadəcə suveren ərazimizə zorla daxil olmayıb, onlar həm də mülki vətəndaşlarımızı hədəfə alıblar. Ona görə də onların bu hərəkəti nəticəsində təkcə sərhəddə olan hərbi qulluqçu deyil, mülki əhali də hədəfə alınır”,- deyə Aruşanyanq eyd etdi.
Avropa Parlamentinin deputatları Akner qəsəbəsində olublar. Avropa Komissiyasının italiyalı üzvü Fabio Massimo Castaldo mərminin bəzi fraqmentlərini götürüb. O, gördüklərini, hiss etdiklərini həmkarlarına göstərməyi söylədi.
“Biz burada baş verənləri öz gözlərimizlə görə bildik, vəziyyəti qeydə aldıq, Azərbaycan tərəfindən atəşə tutulan evlər gördük, bütün bunların insanların gündəlik həyatına necə təsir etdiyini gördük. Biz sərhədin nə qədər yaxınlaşdığını da gördük, çünki azərbaycanlılar Ermənistanın suveren ərazisini işğal ediblər, faktiki olaraq insanlar təhlükə altındadır”.
Fabio Masimo Kastaldo qeyd etdi ki, onların məqsədləri bu insanların səsinə çevrilməsi, onların problemlərini təqdim etməsidir.
“Avropa İttifaqı Azərbaycanın hərbi və siyasi rəhbərliyinə, Ermənistan Respublikasının suveren ərazisinə qarşı bu cür hərəkətlərin həyata keçirilməsinə göstəriş verən insanlara qarşı sanksiyalar tətbiq etməlidir”,- deyə Avropa Parlamentinin üzvü vurğuladı.







