
Ermənistanla Azərbaycan arasında münaqişə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yurisdiksiyasına daxil deyil. Bu haqda “Arqumentı и факти” qəzetinə müsahibəsində diplomat, RF Federal Məclisi Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev jurnalistin ən çox KTMT və Rusiya ilə bağlı Azərbaycanla münaqişədə Ermənistana ilk növbədə hərbi baxımdan daha fəal dəstək verə bilərmi, yoxsa “Rusiyanın indi Ermənistana vaxtı yoxdur?” sualını cavablandırarkən deyib.
“Ermənistanla Azərbaycan arasındakı münaqişə, fikrimcə, təşkilatın səlahiyyətlərinə aid deyil. KTMT-yə üzv olan dövlətlərin hər biri ona münasibətini müstəqil müəyyənləşdirir.
Rusiyaya gəlincə, məlumdur ki, biz ən səmimi şəkildə nizamlanmanın tərəfdarıyıq. Üstəlik, bizim səylərimiz həm bu istiqamətdə, həm də digər tərəfdən eyni dərəcədə tələb olunur. Başqa cür ola bilməz, vəziyyət ancaq bu şəkildə inkişaf edə bilər” -deyərək Kosaçev bildirib.
RF Federal Məclisi Federasiya Şurasının sədr müavininin fikrincə, Ermənistan-Azərbaycan münaqişəsində yalnız bir tərəfi dəstəkləmək mövqeyindən çıxış etmək onun dərinləşməsi demək olardı.
“Sülh yolu ilə nizamlanma mövqeyi tutmaq və onu dəstəkləmək lazımdır ki, həmin nizamlanmanın şərtləri bütün tərəflər üçün məqbul olsun” – deyə Kosaçev bildirib.







