BaşlıcaSiyasət

ABŞ səfiri Ermənistanın zəngin tarixi irsinə və unikal mədəniyyətinə heyran olduğunu bildirib

Yerevana  gəldikdən az sonra səfir Kuinn erməni və müasir incəsənətin ən yaxşı nümunələri ilə tanış olmaq üçün “Qafescyan İncəsənət Mərkəzi”nə gedib.

 Bu barədə ABŞ səfirliyi məlumatlandırıb.

“Səfir Ermənistanın zəngin tarixi irsinə və unikal mədəniyyətinə heyran olduğunu bildirib. O, Ermənistanda yaşayan ermənilərlə Spyurk (diaspor) ermənilərinin həm ölkənin inkişafı, həm də mədəniyyət irsin populyarlaşdırılması baxımından əməkdaşlığını təqdirəlayiq olduğunu  qeyd edib”- deyə səfirliyin məlumatında qeyd olunub.

ABŞ-ın Ermənistana yeni təyin olunmuş səfiri Kristina Kvien  Cafesjan İncəsənət Mərkəzində olub və bu barədə tvit yazıb

“Doğma bir Kaliforniyalı kimi mən burada yaşayan ermənilərlə ABŞ-dakı erməni Spyurku (diasporu) arasında dərin əlaqələrin olduğunu bilirəm.

 Cafesjan Mərkəzi dünyanın hər yerindən gələn ermənilərin erməni mədəniyyətini dünyaya nümayiş etdirmək üçün dünya mədəniyyətini Ermənistana gətirmək əməkdaşlığının bir nümunəsidir.  

Cafesjan İncəsənət Mərkəzinin gözəl turuna görə təşəkkür edirəm. Erməni və beynəlxalq müasir incəsənət nümunələrinin təsirli kolleksiyasını çox bəyəndim” – deyərək  Kvien yazıb.

Mətn radar.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button