BaşlıcaSiyasət

İllik 2,5 milyon turistin səyahəti , 50 tarixi-mədəniyyət  obyektin bərpası gözlənilir

Baş nazir Nikol Paşinyan martın 1-də Ermənistan Respublikası İqtisadiyyat nazirliyinin Turizm Komitəsinə gedərək 2022-ci illdəki  fəaliyyət hesabatına  tanış olub.

Müşavirədə, Baş nazirin müavinləri Mher Qriqoryan və Tiqran Xaçatryan, İqtisadiyyat naziri Vahan Kerobyan, Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyan, Baş nazirin aparat rəhbərinin müavini Baqrat Badalyan, Maliyyə nazirinin müavini Vahan Sirunyan, Turizm Komitəsinin sədri Sisian Poğosyan, komitənin rəhbər heyəti, digər rəsmi şəxslər iştirak ediblər.

Baş nazirə icra olunan proqramların əsas nəticə göstəriciləri, o cümlədən cari və qarşıda duran proqramlar barədə məlumat verilib.

Xüsusilə Ermənistanın turizm strategiyasının brendləşdirilməsi, daxili turizmin inkişafı, xarici ölkələr, regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və “Dünya Bankının İnkişaf Proqramı”nın təqdimatı olub.

2026-cı ilə qədər qarşıda duran hədəflər təqdim edilərək qeyd olunub ki, hər il 2,5 milyon turistin səfəri, 20 turizm klasterinin inkişafı, 50 tarixi-mədəni obyektin bərpası nəzərdə tutulur.

Sektorda nəzərdə tutulan qanunvericilik islahatlarına, sektorun nəzarət mexanizmlərinin həyata keçirilməsinə və strategiyanın hazırlanmasına istinad edilib.

50 tarixi-mədəniyyət obyektinin bərpası, yeni turizm marşrutlarının inkişafı istiqamətində işlər aparılır.

Baş nazir Paşinyan həm daxili, həm də xarici turizmin inkişafına yönəlmiş proqramları diqqətə çatdırıb və vurğulayıb ki, böyük turizm potensialına malik və bərpaya ciddi ehtiyacı olan tarixi-mədəniyyət  obyektlər üçün önəmli olaraq bərpa işləri aparılmalıdır.

Nikol Paşinyan əlavə edib ki, müxtəlif turizm seqmentlərinə fərqli olaraq müvafiq xidmətlər təklif etmək lazımdır

Daha çox göstər
Back to top button