Başlıcaİctimaiyyət
“Mars” Ermənistanın dağlarında təlimlər keçirəcək
Avstriya Kosmik Forumu Marsa missiyanın simulyasiyası üçün ev sahibi ölkə kimi Ermənistanı seçib. AMADEE24 təlimləri 2024-cü ilin mart ayında keçiriləcək.
Vyanada keçirilən mətbuat konfransında Forumun direktoru Gernot Qrömer bildirdi ki, bu, artıq 14-cü simulyasiyasıdır.
Ermənistanın məşq Marsın relyefinə bənzər hündür qayalı yerlərdə keçiriləcək.
“Ermənistan Qırmızı Planetin geoloji əkizidir”,-deyə Qrömer bildirdi.
Missiya heyəti artıq seçilib. Modelləşdirmədə Avstriya, Almaniya, İsrail, İtaliya və Böyük Britaniyadan iki qadın və dörd kişi iştirak edəcək.
“Bir ay boyunca Ermənistan Mars tədqiqatlarının mərkəzi olacaq”, – Qrömer qeyd edib.







