
Mən müxtəlif yarışlarda iştirak etmişəm, lakin Yerevan çempionatı ən yaxşı və ən yüksək çempionatdır, ukraynalı ağır atlet İrina Dexa “İctimai Radio” ilə söhbətində deyib. Bu gün o, Ağır Atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb.
“Çempionat otellərdən, nəqliyyatdan tutmuş yarış şəraitinə qədər yüksək səviyyədə təşkil olunub. İdmançıların özlərini yaxşı hiss etmələri üçün hər şey edilir, hər şey ən xırda təfərrüatlarına qədər düşünülüb”, – Avropa çempionu bildirib.
Onun sözlərinə görə, rəqabət asan olmayıb. “Bilirsiniz, Ukraynada çətin vəziyyətdir, bu şərtlər altında hazırlaşmaq və yarışmaq ikiqat çətindir”, – deyə ukraynalı ağır atlet bildirib.







