BaşlıcaBeynəlxalq

Adam Şiff Konqresə Artsaxın müstəqilliyini və suverenliyini tanıyan qanun layihəsi təqdim edəcək

ABŞ Konqresinin Erməni məsələləri üzrə qrupunun sədr müavini Adam Şiff Konqresə Artsaxın müstəqilliyi və suverenliyinin tanınması, eləcə də Azərbaycanın təcavüzünün pislənməsini tələb edən qanun layihəsi təqdim edəcək.

Aldığımız  informasiyaya görə, bu haqda konqresmen “Asparez”ə verdiyi müsahibəsində bildirib.

“Sabah səhər mən Artsaxın tanınması, Artsaxın müstəqilliyi və suverenliyi haqqında qanun layihəsi təqdim edəcəyəm. Bununla da ABŞ rəsmi olaraq Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıyacaqdır” – deyə Adam Şiff bildirib.

Konqresmen Azərbaycan tərəfindən hazırlana biləcək təcavüzdən də narahat olduğunu bildirib.

“Mən son dərəcə narahatam ki, Azərbaycan Artsaxa qarşı növbəti müharibəplanlaşdırır.

Məhz Ermənistanın özünə qarşı növbəti müharibə planlaşdırır və düşünürəm ki, bu, Bakı diktatoruna ikitərəfli əsasda Konqresin xalqın hüquqlarını dəstəkləyəcəyinə dair güclü bir mesaj olacaq.

İkipartiya əsaslarla  Konqres  Artsax xalqına dəstək olacaq” – deyə Şiff, Artsaxın Azərbaycan tərəfindən blokadasına son qoyulmalı olduğunu vurğuladı.

Konqresin Erməni məsələləriüzrə  qrupunun sədr müavini də blokadanın yaratdığı humanitar böhranın getdikcə ağırlaşdığını qeyd edib.

Vəziyyətə təsir etmək üçün Şiff ABŞ administrasiyasına təzyiq göstərmək üçün bütün konqresmenləri cəlb etməyi vacib hesab edib.

“Rəhbərlik mənəvi cəhətdən adekvat terminlərlə danışmaqdansa daha çox iş görməlidir. Burada heç bir mənəvi bərabərlik yoxdur.

Hər iki tərəfə zorakılıqdan və təxribatlardan çəkinməyə çağırışların heç bir faydası yoxdur, o zaman ki, təcavüzkar yalnız bir tərəfdir ki, o da Bakıdır” – deyərək Şiff vurğulayıbdır.

Daha çox göstər
Back to top button