BaşlıcaBeynəlxalq

Fransa Senatının üzvü: “Ermənistana silahlanmağa kömək edilməlidir”

Fransa Senatının Fransa-Ermənistan Dostluq qrupunun rəhbəri Gilbert-Luc Devinaz Ermənistanın ərazi bütövlüyünün Azərbaycan tərəfindən pozulduğunu qeyd edir.

Fransalı deputat qeyd edir ki, AB-nin müşahidə missiyası ilə gördükləri işlər yaxşıdır, lakin əlavə edir ki, daha çox iş görməyə ehtiyac var, xüsusən də Devinaz Ermənistanı silahlandırmağa kömək etməyə çağırıb.

Bunu Devinaz Ermənistanda jurnalistlərlə söhbətində deyib. O, Erməni Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək üçün Ermənistana səfər edib.

Verilən məlumata görə, müsahibənin videosunu Armenie_info.TV yayıb.

“Azərbaycan Ermənistanın ərazi bütövlüyünü pozub. Bizim mövqeyimizi Senatdakı həmkarlarım həmçinin  ifadə edirlər. AB-nin müşahidə missiyası ilə gördüyü işlər yaxşıdır, lakin biz Ermənistana imkan verməliyik ki, öz sərhədlərinin təhlükəsizliyini təmin etsin, yəni biz ona silahlanmağa kömək etməliyik” – deyərək fransalı deputat qeyd edib.

Daha çox göstər
Back to top button