BaşlıcaSiyasət

Ermənistanın Hindistanda  hərbi attaşesi olacaq

Ermənistanın Hindistandakı səfirliyinə hərbi attaşe təyin olunacaq. Mayın 18-də hökumətin gündəliyində müvafiq vəzifənin təsis edilməsi ilə bağlı qərar layihəsi var.

 “Hindistan tərəfinin hərbi-sənaye kompleksinin dövlət strukturlarının, özəl təşkilatlarının və şirkətlərinin son vaxtlar böyük marağı Ermənistan Respublikasının Hindistan Respublikasında hərbi attaşesinin yaradılmasını zəruri edib”- deyərək  qərarın əsaslanmasında bildirilib.

Qərarın səbəbi aydındır. Hərbi attaşe iki ölkənin hərbi hissələri ilə rəsmi əlaqələrin qurulması və dərinləşdirilməsi, hərbi sahədə əlaqələrin inkişaf etdirilməsi, əməkdaşlıq proqramlarının icrasına nəzarət, nümayəndə heyətlərinin səfərlərinin təşkilinə köməklik göstərilməsi kimi nümayəndəlik işləri həyata keçirməlidir.

 Hindistan Silahlı qüvvələrinin komandanlığı ilə rəsmi əlaqələr quran hərbi attaşe hərbi paradlarda, hərbi təlimlərdə, hərbi aksiyalarda, silah və hərbi texnika sərgilərində Ermənistan tərəfini rəsmi şəkildə təmsil edəcək, hərbi obyekt və müəssisələrə baş çəkəcək..

Mətn factor.am-ə aiddir.

Daha çox göstər
Back to top button