
Ermənistan tərəfi Moskvada Ermənistan-Azərbaycan sammitinin keçirilməsi ilə bağlı Rusiyanın təklifini qəbul edib.
Baş nazir Paşinyan bu gün hökumətin iclasındakı çıxışında “Rusiya tərəfindən mayın 25-də Rusiya prezidentinin vasitəçiliyi ilə ən yüksək səviyyədə üçtərəfli görüşün keçirilməsi təklifi aldıq və bu təklifi qəbul etdik.
Xarici işlər naziri Ararat Mirzoyan mayın 25-də Moskvaya gedib, orada Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla görüşü planlaşdırılıb.
Baş nazir bildirib ki, iyunun 1-də Kişinyovda Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Avropa Şurasının sədri Şarl Mişelin iştirakı ilə beştərəfli görüşün keçirilməsi gözlənilir.
Paşinyan bildirib ki, oktyabrda Qranadada eyni formatda daha bir görüşün keçirilməsi planlaşdırılır.
Brüsseldə növbəti üçtərəfli görüşün iyulda keçirilməsi gözlənilir.







