
Rusiya Federasiyası, Azərbaycan və Ermənistan üçtərəfli işçi qrupunun növbəti təkbətək görüşünün vaxtı və yeri üç ölkənin Baş nazirinin müavinlərinin məsləhətləşmələrindən sonra müəyyən ediləcək. Bu barədə TASS-a RF Baş nazir müavini Aleksey Overçuk bildirib.
“Bu gün ərzində Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası Baş nazirlərinin müavinləri arasında üçtərəfli iş çərçivəsində Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin bərpası məsələsi üzrə intensiv məsləhətləşmələr aparılır. Qrup bizim birgə sədrliyimizlə keçiriləcək”- deyə Overçuk bildirib vəəlavə edib: “Üçtərəfli işçi qrupunun növbəti görüşünün vaxtı məsləhətləşmələrdən sonra müəyyən olunacaq”.
2020-ci il noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı birgə bəyanat imzalayıblar.
2021-ci il yanvarın 11-də biz üç ölkənin Baş nazirinin müavinləri səviyyəsində regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulması ilə məşğul olacaq işçi qrupunun yaradılması barədə razılığa gəldik.







