BaşlıcaSiyasət

Azərbaycan  əsirlərin azad edilməsi üçün “bazarlıq” edir

Azərbaycan Xarici İşlər Nazirliyi əsirlər məsələsi ilə bağlı sözün əsl mənasında alverə başlayıb, hətta öz açıqlamalarının spekulyativ xarakterini gizlətməyə belə cəhd göstərmir.

“Azərbaycan ərazisində erməni hərbi əsirlərin olması iddiasına gəldikdə qeyd edək ki, Azərbaycan müharibə zamanı ələ keçirilmiş hərbi əsirləri bir çox hallarda təmənnasız olaraq Ermənistana geri qaytarıb”, – deyə Azərbaycan XİN-in Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana cavabında deyilir.

“Müharibədən sonra ölkəmizin ərazisində hərbi təxribatlar törətmək məqsədilə Ermənistan tərəfindən göndərilmiş bir qrup erməni hərbçilərə gəldikdə, onların hərbi əsir olmadığı Ermənistan rəhbərliyinə məlumdur. Azərbaycanın xoş niyyət nümayiş etdirərək bu qrupdan olan şəxslərin də demək olar yarısını Ermənistana geri qaytarmasına baxmayaraq, Ermənistan tərəfi yolunu azaraq Ermənistana keçmiş 2 nəfər Azərbaycan hərbçisini qurama məhkəmə işi ilə geri qaytarmaqdan imtina edir və bununla etimad quruculuğu səylərinə zərbə vurur”, – məlumatda deyilir.

Daha çox göstər
Back to top button