İctimaiyyət

“Ararat” konyakının Rusiyaya tədarükü davam edir: Luding Group

“Luding Group” şirkəti həmişə olduğu kimi Ararat brendinin Rusiyaya tədarükünü davam etdirir. Bu barədə “Komersant”a “Ludinq Group” şirkətindən bildirilib.

Şirkət əlavə edib ki, brendin və fabrikin sahibi Pernod Ricard ilə tədarük müqaviləsi qüvvədədir və “Ludinq” şirkəti “Ararat” brendi ilə bağlı əməkdaşlığın dayandırılmasına dair heç bir bildiriş almayıb.

Şirkətdən bildirilib ki, “Ararat”ın yayılma coğrafiyası federal şəbəkələr istisna olmaqla, bütün Rusiyanı əhatə edir. Müqavilə 2021-ci ilin oktyabrında başlayandan bəri 1,3 milyon litrdən çox brendi tədarük olunub.

“Kommersant”ın mənbələrinə görə, Rusiya Federasiyasına ildə təxminən 4 milyon litr “Ararat” brendi idxal olunur.

Daha çox göstər
Back to top button