BaşlıcaSiyasət

Kişinyov görüşlərinin nəticələri nə vəd edir? – VİDEO

İyunun 1-də Kişinyovda Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında beştərəfli görüş keçirilib.

Görüşün sonunda Şarl Mişel gündəlikdəki bütün məsələlərin müzakirə edildiyini qeyd etdi və əlavə etdi ki, bu görüş Brüsseldə iyulun 21-də baş tutacaq növbəti görüş üçün hazırlıq idi. Qeyd edək ki, iyunun 12-də də ABŞ-da Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılır.

Görüşün nəticələrinə toxunan Ermənistanın Baş naziri qeyd edib ki, tərəflər 1975-ci ilin xəritələrinə əsaslanaraq delimitasiya aparmağa ilkin razılıq veriblər. Buysa 29 min 800 kvadratmetr və 86 min 600 kvadratmetr ərazi bütövlüyünü təsdiqləmək üçün daha bir addım deməkdir. Paşinyan əlavə edib ki, bu xəritəyə görə, son hücumlar nəticəsində işğal olunmuş Sotk-Xoznavar əraziləri də ER-nın 29 min 800 kvadratmetr ərazisinə daxildir.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev öz növbəsində tviterdə yazıb ki, görüş qeyri-rəsmi, müsbət və səmərəli atmosferdə keçdi.

Yelisey sarayının beştərəfli görüşlə bağlı bəyanatında isə Avropa liderləri Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təminatlarının cəlb edilməsinin vacibliyini vurğulayıblar. Fransa prezidenti istənilən düşmənçilik ritorikasından əl çəkməyin və regionun bütün əhalisinin rifahı naminə sülhün bərqərar edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini xüsusi olaraq vurğuladı.

Lakin qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi danışıqlar masasında regionda sülhün bərqərar olmasından danışsa da, eyni zamanda, güc tətbiq etmək hədəsindən və hərbi ritorikasından əl çəkmir və hərbi büdcənin artırılmasını açıq şəkildə bəyan edir. Azərbaycanın müdafiə naziri Zakir Həsənov bildirib ki, yeni silah və hərbi texnikanın alınması üçün dövlət büdcəsindən 1 milyard 150 milyon manat, yəni təxminən 680 milyon ABŞ dollar vəsait ayrılıb.

Bakı-Stepanakert dialoquna gəlincə, Artsax Xarici İşlər Nazirliyinin bəyanatında deyildiyi kimi, Azərbaycan rəhbərliyinin bəyanatlarının əsas mesajı ondan ibarətdir ki, Azərbaycan Artsax Respublikasının demokratik yolla seçilmiş hakimiyyət orqanları ilə bərabərhüquqlu dialoqdan imtina edir və yalnız öz hakimiyyətini Artsax xalqına güc dili ilə məcbur etmək istəyini rəhbər tutur.

Daha çox göstər
Back to top button