İctimaiyyət

Rusiyalı turistlər Ermənistanı sevinclə kəşf edirlərğ

Ruslar Ermənistanı cəlbedici turizm məkanı kimi kəşf edəndə təəccüblənirlər. Bu barədə “Erməni Bələdçilər Gildiyası” QHT-nin idarə heyətinin sədr müavini Lia Baxşinyan bildirib.

O qeyd edib ki, rusların sayəsində Ermənistana turist axını xeyli artıb. Rəsmi məlumatlara görə, 2023-cü ilin ilk 4 ayında Ermənistana 630 minə yaxın turist gəlib, onların yarısı Rusiyadandır. Bundan əlavə, Gürcüstan, İran və BƏƏ-dən də aktiv turist axını var.

Ekspertin sözlərinə görə, bu il Almaniyadan nisbi passivlik müşahidə olunub. Bununla belə, Baxşinyan ümid edib ki, artıq imzalanmış müqavilələr əvvəlki turist axınını təmin edərək vəziyyəti dəyişəcək.

Daha çox göstər
Back to top button