İctimaiyyət
Dünyanın həyat keyfiyyətinə görə ən yaxşı şəhərləri məlumdur

Vyana şəhəri yaşayış keyfiyyəti üzrə dünyanın ən yaxşı şəhərləri titulunu özündə saxlayıb.
Böyük Britaniyanın “Economist Intelligence Unit” (EIU) jurnalı “Global Liveability Index 2023” “hesabatını açıqlayıb.
Hesabata görə, dünyanın 172 şəhəri arasında Vyanadan sonra ilk beşlikdə müvafiq olaraq Kopenhagen, Melburn, Sidney və Vankuver qərarlaşıb.
EIU reytinqində sonrakı dörd yeri Sürix və Cenevrə, Kalqari vəToronto tutub. Moskva əvvəl ilki reytinqi kimi 96-cı yerdə, Kiyev isə 165-ci yerdədir.
Reytinqin sonuncu pillələrində Əlcəzair, Tripoli və Dəməşq şəhərləri qərarlaşıb.







