
Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin sədri Natali Luazo Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqovun tvitinə cavab verib.
Səfir Aİ missiyasının müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədində olmasını bəyənməyib və mikrobloqunda Aİ nümayəndələrini snayperlərlə hədələyib.
“Azərbaycan istehsalı olan Istigal IST-14.5 snayper tüfəngi təxminən 3000 metr məsafədən atəş açır. Azərbaycanın dövlət sərhədindən uzaq durun…”,-deyə səfir yazıb.
They know what they are doing to protect themselves. The Istiglal IST-14.5 anti-materiel sniper rifle produced in Azerbaijan has the effective firing range of about 3,000 m. Guys, keep clear of Azerbaijani state border… pic.twitter.com/k9isu9iQyo
— Vaqif Sadıqov (@VaqifS) June 22, 2023
Luazo həmin yazını Ermənistan-Azərbaycan sərhədində patrulluq edən avropalı müşahidəçilər üçün birbaşa təhlükə kimi qiymətləndirib. O, Twitter mikrobloqunda yazıb:
“Bu, Avropa Parlamentinin üzvlərinə təhdiddirmi?” Bunu doğrudan azərbaycanlı “diplomat” deyir? Azərbaycan diplomatiyası hansı səviyyəyə çatıb? Beynəlxalq Ədalət Məhkəməsinin qərarına hörmətsizlik etmək, 120 min insanı girov götürmək qürurlanacaq bir şey deyil… Biz sülhü və Dağlıq Qarabağ xalqına hörməti dəstəkləməyə davam edəcəyik”.
Is this a threat towards Members of the European Parliament ? Does it really come from an Azerbaïdjani « diplomat » ? To what level has 🇦🇿 diplomacy fallen ? Disrespecting an ICJ decision and taking 120 000 human beings hostage, there is nothing to be proud of. Is it what makes… https://t.co/N0N8WPSGLA
— Nathalie Loiseau (@NathalieLoiseau) June 26, 2023
Aİ-nin sözçüsü OC Media-ya ilə söhbətdə bildirib ki, bu barədə məlumatları vardır.
“Biz bu davranışı pisləyirik və Aİ-də akkreditə olunmuş səfir üçün bu tamamilə qəbuledilməzdir”,-deyə o qeyd edib.
Azərbaycanın Aİ-dəki keçmiş səfiri Arif Şahmarlı da Sadıqovun paylaşımını pisləyib və bunu “gülünç və yolverilməz” adlandırıb. O həmçinin istisna etməyib ki, Sadıqovun bu yazısı sifarişli də ola bilər.
Qeyd edək ki, Sadıqov OC Media-ya şərh verməkdən imtina edib.







