ArtsaxBaşlıcaİctimaiyyət
“Yaradıcı gənclik” adı altında gənclərin yay düşərgəsi başladı

İyulun 1-dən “Arariç” xeyriyyə fondunun “Yaradıcı gənclik” adlı yay gənclər düşərgəsi başladı.
Fonddan verilən məlumata görə, növbəti 7 gün ərzində 60-a yaxın gənc Martakert rayonunun Tsmakahoğ kəndində maraqlı əyləncə və istirahət imkanı əldə edəcək.

“Arariç” Fondunun Himayəçilər Şurasının sədri Karen Sargsyan düşərgəçiləri Stepanakertin veratsnund meydanından yola salıb.


Gənclər düşərgə ərazisində əyləncəli və intellektual oyunlarla yanaşı, həftə ərzində davam edəcək vətənpərvərlik və idman tədbirlərində də iştirak ediblər.


“Arariç” fondunun investisiyaları əsasən təhsil, idman və mədəniyyət sahələrinin təkmilləşdirilməsinə, gənc nəslin vətənpərvərlik və çoxşaxəli tərbiyəsinə yönəlib.








