BaşlıcaSiyasət

NATO nümayəndəsi:  “Laçın dəhlizi ilə sərbəst hərəkətin təmin edilməsi və təcili humanitar ehtiyacların həlli vacibdir”

NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Laçın dəhlizi ətrafında yaranmış vəziyyətdən narahatlığını ifadə edib.

“Mən Laçın dəhlizi ətrafında vəziyyətin pisləşməsindən dərindən narahatam. Dəhlizdə sərbəst hərəkətin təmin edilməsi və təcili humanitar ehtiyacların həlli vacibdir.

NATO bütün maraqlı tərəfləri Ermənistan və Azərbaycan arasında danışıqlar yolu ilə əldə edilmiş razılaşmanın əldə edilməsi üçün səylərini artırmağa çağırır” – deyərək Kolomina Twitter-də olan mikroblokunda  qeyd olunub.

Daha çox göstər
Back to top button