ArtsaxBaşlıcaSiyasət

İtalyan “La Stampa”qəzeti Azərbaycanın hərəkətlərini pisləyib

İtaliyanın “La Stampa” qəzeti Artsaxın blokadasına toxunub. Qeyd olunub kİ, Azərbaycan səkkiz aydır ki, 120 min insanı girov saxlayıb, onları qida, su və tibbi yardımdan məhrum edib. 2022-ci il dekabrın 12-dən bəri erməni anklavı faktiki olaraq tamamilə təcrid olunub. Öz suverenliyinə qarşı iddialar qaldıran Azərbaycan yeganə çıxış yolu olan Laçın dəhlizini bağlayıb, bununla da gündəlik 400 ton ərzaq və zəruri malların tədarükünün qarşısını alıb.

Qəzet Stepanakertdə yaşayan Marut Vanyanın yaşadıqlarını təqdim etdi. O qeyd edib ki, təxminən 8 aydır ki, blokada davam edir. Mağazalar sözün əsl mənasında boşaldı. Azərbaycanlılar işıq, qaz və içməli suyun verilməsini də dayandırıblar.

Məqalədə qeyd olunur ki, 240 gün davam edən blokada, 120.000 insan sözün həqiqi mənasında girov saxlanıldı, onlardan 8.450-si lazımi müalicə olmadan ağır xəstə, 2.000 hamilə qadın köməksiz qaldı. 30 000 uşaq və 20 000 qoca qida çatışmazlığı riski altındadır.

Avropa və ABŞ mühasirəni aradan qaldırmaq və humanitar fövqəladə halın qarşısını almaq üçün çoxsaylı çağırışlar edib, bu çağırışlara məhəl qoyulmayıb. Əliyev isə təhdid dili ilə bəyanatlər verməyə davam edir. Yerevan erməni və xristian köklərinin çox dərin olan Qarabağı taleyin ümidinə buraxmayacaq. Eyni zamanda azərbaycanlıların hücumu davam edir. Bazar günü, avqustun 6-da erməni forpostu güclü bombardmana məruz qalıb.

Qəzet xəstələrin ağır vəziyyəti haqqında da yazıb. Qeyd olunur ki, xəstəxanalarda vəziyyət dramatikdir.

“Azərbaycan həmçinin ən ağır xəstələrin Ermənistana aparılmasının qarşısını alır”,- deyə dövlət rəsmisi bildirdi. O vurğuladı ki, bu xəstələr alçaldıcı rəftara məruz qaldılar. Onların video görüntülərindən Aərbaycan təbliğat kimi istifadə edib.

İyulun 29-da ən ciddi hadisəsi baş verdi. “68 yaşlı Vagif Xaçatryan Ermənistana aparmaq səlahiyyətinə malik olan Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin təcili yardım maşınından Azərbaycan sərhəd polisləri tərəfindən oğurlanıb. O vaxtdan bəri xəbər yoxdur”, – bəzi şahidlər deyir.

“Son aylarda saxta ekoloji fəalların (o cümlədən Türkiyənin “Boz Qurdlar” terror qruplaşmasının tərəfdarlarının) nümayişindən tutmuş, Laçinda qanunsuz keçid məntəqəsinin quraşdırılmasına qədər Azərbaycanın həyata keçirdiyi bütün addımlar bizim xalqımızın həyatını çətinləşdirməyə yönəlmişdir. Dağlıq Qarabağda real etnik təmizləmə əməliyyatları aparılır”,- Ermənistan Xarici İşlər Nazirliyi pisləyir.

Qeyd olunub ki, “insanların, nəqliyyat vasitələrinin və malların sərbəst hərəkəti hüququndan imtina, şübhəsiz ki, irqi ayrı-seçkilikdir”. Bu isə Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin iyul 6 tarixli qərarıdır. Qərar Bakını dərhal sərhədin açılmağa məcbur edir, lakin bu qərar diqqətdən kənarda qalıb.

Məqalədə onu da vurğuladnır ki, vəziyyətlə bağlı Ermənistan BMT Təhlükəsizlik Şurasına müraciət edərək Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrasını təmin etmək, humanitar fəlakətin qarşısını almaq və Dağlıq Qarabağda etnik təmizləməni dayandırmaq üçün əlində olan bütün vasitələrdən istifadə etməyə çağırıb.

Bununla bağlı Ermənistan Respublikasının İaliyadakı səfiri Tsovinar Hambardzumyan qeyd edib ki, Azərbaycan tərəfindən qətnamələrə və bəyanatlara məhəl qoyulmaması, sistemli şəkildə beynəlxalq öhdəliklərinin pozulması artıq dözülməzdir.

“Biz hələ də bütün bəşəriyyət üçün bu qaranlıq günlərdə öz azadlığını sevən bir xalqın soyqırımını həyata keçirməyə çalışan qaranlıq qüvvələrə qarşı beynəlxalq hüququn aliliyinə ümidimizi itirməmişik”. Yarandığı gündən bəri heç vaxt sülh görməmiş bir torpağın azadlığı.

Daha çox göstər
Back to top button