
Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün avqustun 24-25-də Ermənistana səfər edəcək.
Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Görüş zamanı hökumət başçıları Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində orta və uzunmüddətli inteqrasiya proseslərinin gələcək inkişafı məsələlərini müzakirə etməyi planlaşdırırlar.
Tərəflər Aİİ çərçivəsində hüquqi mexanizmlərin daha da təkmilləşdirilməsi, digər ölkələrlə mövcud qarşılıqlı fəaliyyət formatlarının gücləndirilməsi və potensial tərəfdaşlarla əlaqələrin qurulmasını müzakirə edəcəklər”,- deyə o qeyd edib.
Tədbir Rusiya sədrliyinin himayəsi altında Aİİ orqanlarında baş tutacaq.
Aİİ hökumətlərarası Şurasının əvvəlki iclası iyun ayında Soçidə baş tutub. Bu il İttifaq ölkələrinin baş nazirləri də fevral ayında Qazaxıstanda görüşüblər.







