ArtsaxBaşlıca

Qarabağ parlamentinin sədri İran, Rusiya, Fransa və ABŞ parlamentlərinin spikerlərinə məktublar göndərib

Qarabağ parlamentinin sədri Davit İşxanyan İran, Rusiya, Fransa və ABŞ parlamentlərinin spikerlərinə məktublar göndərib.

Bu haqda  Qarabağ parlamentinin yaydığı məlumatda bildirilib.

Mesajda qeyd olunur ki, DQ parlament sədrinin məktubuİran  İslam Respublikası Parlamentində iki iranlı erməni deputat Ara Şahverdyan və Robert Beqlaryanın vasitəçiliyi ilə İran parlamentinin sədrinə göndəriləcək.

“Bir neçə gün əvvəl Qarabağ parlamentinin sədri İran İslam Respublikası Parlamentinin, Rusiya Federasiyasının Dövlət Dumasının, Fransa Respublikasının Senatının, ABŞ Konqresinə , eləcə də Avroparlament  spikerlərinə məktublar göndərib.

“Alik” gündəlik qəzetinin  verdiyi məlumata görə İranın qanunverici hakimiyyətləri tərəfindən mümkün reaksiyalara tanış olmaq məqsədiylə  İran İslam parlamentində  Tehran və Şimali  İran ermənilərinin  deputatı Ara Şahverdyan ilə telefon danışığını edib.

Onlardan maraqlanıblar ki, Davit İşxanyanın istifadə etdiyi yeni üslub tərzi  İranın vasitəçiliyi amilində blokadanı ləğv etmək istiqamətində təsiredici alət ola bilərmi?

Ara Şahverdyan əvvəlcə məktubun bir nüsxəsinin İran İslam Parlamentində İsfahan və Cənubi İran ermənilərinin deputatı Robert Beqlaryana təhvil verildiyini və hər ikisinin onu İslam parlamentinin sədrinə Məhəmməd Bader Ğaribafa  təhvil verməyə hazırlaşdıqlarını bildirdi.

Sonra deputat vurğulayıb ki, bu gün müxtəlif alətlərin istifadəsi çox vacibdir. Deputatın fikrincə, bütün addımlar Qarabağın etnik əhalisinin maraqlarının müdafiəsinə təsir edə bilər.

   “Müxtəlif şəxslərin və strukturların qınaq çağırışlarına baxmayaraq, Bakı Laçın dəhlizini bağlamağa davam edir, Qarabağı  Ermənistanla birləşdirən yeganə həyati əhəmiyyət kəsb edən yoldan məhrum edir.

“Azərbaycan Birləşmiş Millətlər Təşkilatının, Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin tələblərinə məhəl qoymur.

Qarabağ ermənilərinə qarşı etnik təmizləmə, təxribat və güc tətbiq etmək hədəsi siyasətini həyata keçirən AİHM və Haaqa Məhkəməsi və digər beynəlxalq strukturların tələblərini vecinə almır” – deyə Şahverdyan 120 min Qarabağ vətəndaşının sərbəst hərəkət imkanından məhrum olduğunu və fəlakətli şəraitdə yaşadığını vurğulayıb.

 Onların fundamental hüquqları pozulur, beynəlxalq ictimaiyyətin Azərbaycana mesajları konstruktiv sahəyə gətirmir.

Ara Şahverdyan İran İslam Parlamentinin bu cür gündəm məsələləri ilə bağlı hansı prosesləri nəzərdə tutduğunu soruşduqda, məktubun çatdırılması istiqamətində vasitəçi kimi çıxış edəcəklərini, yəni parlamentin spikeri onu birbaşa qəbul edəcəyini bildirib.

İran İslam Parlamentinin deputatı bir cüt iranlı-erməni deputat kimi Qarabağın etnik əhalisinin mənafeyinin müdafiəsində mütləq ardıcıl olmağa davam edəcəklərini vurğulayıb və  deyib ki, onlar ölkənin qanunvericilik hakimiyyətinin bir hissəsi kimi dəfələrlə hökumət rəsmilərinə müraciət edərək, onlardan azərbaycanlı təxribatların qarşısını almaq və Qarabağın etnik əhalisinin hüquqlarını qorumaq üçün müxtəlif siyasi və diplomatik tədbirlər görməyi, təzyiq mexanizmlərini tətbiq etməyi xahiş edib.

Qarabağ  parlamentinin mesajında qeyd edilir ki, Ara Şahverdyan Qarabağ parlamentinin  sədri D. İşxanyanın göndərdiyi məktub-tələbinə İslam parlamenti sədri tərəfindən müvafiq və lazımi cavab alması üçün səy göstərəcəklərini vurğulayıb.

Daha çox göstər
Back to top button