BaşlıcaSiyasət

ER Cənubi Qafqazda sülhün bərqərar olması öhdəliyinə sadiq olub və sadiq qalmaqda davam edir: Mirzoyan

Xarici işlər naziri Ararat Mirzoyan əmindir ki, Azərbaycanla bağlı bütün məsələlər və illərdir yığılıb qalmış problemlər siyasi yolla, sülh danışıqları yolu ilə həll edilməlidir. Bu barədə Mirzoyan parlamentdə hökumət üzvləri ilə sual-cavab zamanı deyib.

“Biz əminik ki, Cənubi Qafqazda sülhə alternativ yoxdur. Təəssüf ki, bir tərəfin bu yanaşmanı bölüşmədiyini və mütəmadi olaraq güc tətbiq etdiyini və ya güc tətbiq etməklə hədələdiyini görürük.

Üstəlik, bir neçə gün əvvəl biz Dağlıq Qarabağın bütün erməni əhalisinə qarşı hərbi əməliyyatların aparıldığının, bunun nəticəsində məcburi deportasiyanın baş verdiyinin şahidi olduq. İndi isə Dağlıq Qarabağda demək olar ki, erməni qalmayıb. Bu, etnik təmizləmə siyasətinin parlaq təzahürüdür. Bu, bütün dünyanın gördüyü reallıqdır”.

Nazir qeyd edib ki, bütün bunlara baxmayaraq, Ermənistan Respublikası Cənubi Qafqazda sülhün qurulması öhdəliyinə sadiq qalır və Cənubi Qafqazda hələ də sülh şansı vardır.

Eyni zamanda, xarici işlər naziri vurğulayıb ki, Ermənistan Respublikası Dağlıq Qarabağ xalqının hüquqlarının müdafiəsini bütün lazımi vasitələrlə həyata keçirəcək.

Daha çox göstər
Back to top button