Ekonomikaİctimaiyyət
Ermənistanda iqtisadiyyatın kölgəsi azalır

Ermənistanda iqtisadiyyatın kölgəsi davamlı şəkildə azalır. Bunu iqtisadçıların kölgə iqtisadiyyatının həcmini hesabladıqları vergi/ÜDM nisbəti sübut edir. 2018-2023-cü illərdə Ermənsitanın vergiləri/ÜDM artımı 2,8% təşkil edib. Ermənistanın bu il üçün büdcəsində 23,7% vergi/ÜDM göstəricisi nəzərdə tutulub.
Kölgənin azaldılması baxımından Ermənistan qonşu Gürcüstanla rəqabət aparır. Gürcüstanda qeyd olunan dövrdə vergilər/ÜDM 3% artaraq hazırda 25,4% təşkil edir.
Azərbaycan isə Ermənistan və Gürcüstandan xeyli geri qalır. Həmin ölkədə 2023-cü ilin iyun ayına 2018-ci illə müqayisədə vergilər-ÜDM 3,6% azalaraq 9,5% təşkil edib.







