BaşlıcaSiyasət

Fransa ilə Ermənistanın danışıqları davamlıdır və belə də qalacaq։ Mirzoyan

Ermənistan Fransa ilə çoxsahəli əməkdaşlığı davam etdirəcək.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirdi.

“Əlbəttə, biz digər dostlarımızla, məsələn, Fransa ilə çoxsahəli əməkdaşlığı davam etdirəcəyik. Yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri mütəmadi olaraq həyata keçirilir. Söhbət davam edir və bundan sonra da belə olacaq”, – Mirzoyan bildirib.

Ermənistan Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirməyə davam edəcək. Nazir Avropa İttifaqının mülki müşahidə missiyasının indiyədək Ermənistanın sərhədlərinin sabitliyi və təhlükəsizliyində rolunu xüsusi vurğulayıb.

“Biz Avropa İttifaqı ilə əməkdaşlıq üçün yeni platformalar, yeni istiqamətlər, məsələn, siyasi və təhlükəsizlik dialoqu müəyyənləşdiririk”, – deyə Mirzoyan bildirib.

Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi çərçivəsində həm Ermənistan, həm də Avropa İttifaqı tərəfindən yerinə yetirilməli olan öhdəliklərlər var. Bu kontekstdə nazir vizanın liberallaşdırılması üzrə dialoqun başlandığını xatırladıb.

Onun sözlərinə görə, Ermənistan eyni şəkildə ABŞ-la, ənənəvi tərəfdaşları, çoxsahəli əlaqələri olan Rusiya ilə münasibətlərinə önəm verir.

Daha çox göstər
Back to top button