ArtsaxBaşlıcaSiyasət

Azərbaycan məhkəmənin qanuni qüvvəyə malik olan qərarlarına tabe olmaq əvəzinə, onları şərh etməklə məşğuldur: Səfir

Qanunun aliliyini və ədaləti mütəmadi olaraq pozan ölkə kimi Azərbaycanın mövqeyi BMT və Təhlükəsizlik Şurasının üzvlərinə aydın olmalıdır:  Ermənistanın BMT-dəki daimi nümayəndəsi 

Noyabrın 7-də BMT Baş Assambleyasında Beynəlxalq Ədalət Məhkəməsinin hesabatına həsr olunmuş iclasda Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan çıxış edib. Bu barədə Ermənistanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

Səfir Marqaryan sülhə təhdidlərlə mübarizədə beynəlxalq hüququn əsas rolunu vurğulayaraq, bu kontekstdə İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyaya əsasən Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddianı xatırladıb.

Sədir Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi bir sıra müvəqqəti tədbirlərətoxunaraq  qeyd edib ki, Azərbaycan məhkəmənin qanuni qüvvəyə malik qərarlarına tabe olmaq əvəzinə onları şərh etməklə məşğuldur, öhdəliklərini yerinə yetirməməkdə davam edir.

Qeyd olunub ki, qanunun aliliyini və ədaləti mütəmadi olaraq pozan ölkə kimi Azərbaycanın mövqeyi BMT və Təhlükəsizlik Şurasının üzvlərinə aydın olmalıdır. Sentyabrın 19-da mühasirədə olan Dağlıq Qarabağ əhalisinə qarşı genişmiqyaslı hərbi hücum da bunun bariz təzahürüdür.

Səfir Marqaryan çıxışında vurğulayıb ki beynəlxalq hüququn aliliyinin təmin edilməsi və Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası üçün BMT-nin xüsusi məsuliyyət daşıyır.

Daha çox göstər
Back to top button