BaşlıcaSiyasət

ABŞ-ın Ermənistandakı səfiri AB müşahidəçiləri ilə Tavuş  bölgəsinə baş çəkib

Ermənistan Respublikasının ABŞ-dakı Fövqəladə və səlahiyyətli səfiri Kristina Kuinn AB-nin müşahidə missiyası ilə birlikdə Tavuş bölgəsinə səfər edib.

Bu haqda AB-nin Ermənistandakı müşahidə missiyası öz X səhifəsində məlumatlandırıb.

“ABŞ səfiri Kristina Kuinn AB-nin Tavuş bölgəsində patrul missiyasına qoşulub. Səfəri missiyanın İcevandakı nümayəndəliyi təşkil etmişdir”- deyə  məlumatda  qeyd olunur.

Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası yerləşdirilib.

Missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında sabitliyə töhfə vermək, yerlərdə etimadın möhkəmləndirilməsi və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yönəlmiş səylər üçün əlverişli şəraitin təmin edilməsidir.

Missiyanın Cermuk, Qoris, Kapan, Martuni, İcevan və Yeğnadzorda  fəaliyyət göstərən idarələri mövcuddur, həmçinin Yerevanda əlaqə və dəstək idarəsi var.

Daha çox göstər
Back to top button