BaşlıcaSiyasət

Alen Simonyan KTMT-nin iclasında iştirak etməmək qərarının səbəbini açıqlayıb

Ermənistanın KTMT və Aİİ-nin iclaslarında iştirak etməməsi ilə bağlı Parlamentin sədri Alen Simonyan bunları deyib:

“Mən iştirak etməyin mənasını görmürəm, çünki həll olunmamış məsələlər var, insanlar öz öhdəliklərini yerinə yetirmirlər. Amma biz ancaq Ermənistanın ünvanına qınaq sözləri eşidirik.

Ermənistan Ukraynaya humanitar yardım göndərəndə Rusiya tərəfi böyük hay-küy saldı, Azərbaycan isə bunu dəfələrlə edib. Ukrayna prezidenti dəfələrlə Azərbaycan prezidentinə təşəkkür edib, lakin biz “ədalətli” Rusiya Xarici işlər nazirliyindən bir kəlmə də eşitməmişik.

Ermənistan məsələsində Rusiya Federasiyası çox ağrılı reaksiya verir, Azərbaycan məsələsində isə mənim fikrimcə, ya bacarmır, ya da hiss etmirmiş kimi davranaraq yaxşı sifət göstərir”.

Daha çox göstər
Back to top button