BaşlıcaSiyasət

Alen Simonyan ilin sonunadək Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkünlüyü barədə

Jurnalistlərlə söhbətdə Ermənistan parlamentinin spikeri Alen Simonyan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkünlüyünə toxunub.

“Bu sülh müqaviləsi 5 və ya 10 gün ərzində imzalana bilər. Təkliflərimizi göndərmişik, bu artıq 6-cı mübadilədir. Azərbaycan heç nəyi dəyişməsə, yeni təkliflər irəli sürməsə, sülh sazişi bir neçə gün ərzində imzalana bilər”, – o bildirib.

Azərbaycan prezidenti İlham Əliyevin Rusiyanın Yaponiya ilə sülh müqaviləsi olmadan sülhün bərqərar olması ilə bağlı bəyanatına toxunan Simonyan cavab verib ki, Azərbaycan prezidenti çox pis nümunə göstərib.

“Yaponiyanın Rusiyaya ilə olan ərazi problemi ilə bizim yaşadığımız problemin eyni olduğunu düşünmürəm. Bilmirəm niyə belə misal çəkdi, təəccübləndim. Sülh müqaviləsinə gəlincə, bəli, Azərbaycan prezidenti müsbət addımlarla başlasa, məsələn, ritorikasını dəyişsə, müxtəlif platformalarda təşkil olunan görüşlərə gəlsə və görüşlər zamanı dediklərini bir daha təsdiqləsə, sülh əldə oluna bilər”,- Simonyan bildirib

Daha çox göstər
Back to top button