BaşlıcaEkonomikaİctimaiyyət

2024-cü ildə 1 sakin üçün təxminən 1 milyon dram xərclənməsi planlaşdırılır: Maliyyə Nazirliyi

Maliyyə Nazirliyi 2024-cü ildə dövlət büdcəsinin gəlir və xərcləri haqqında məlumat yayıb.

Buna əsasən, 2024-cü ildə Ermənistanın dövlət büdcəsinin gəlirləri 2023-cü ildə nəzərdə tutulandan 18% çox olacaq və 2,7 trilyon dram təşkil edəcək.

ER hökuməti 2024-cü ildə dövlət büdcəsinə 3,2 trilyon dram xərcləməyi planlaşdırır, bu da 2023-cü il üçün nəzərdə tutulandan 24%, 2020-ci ilə nisbətən isə 1,7 dəfə çoxdur.

2024-cü ildə hər bir sakin üçün təxminən 1 milyon dram xərclənməsi planlaşdırılır.

Xatırladaq ki, 1 AMD təxmiən 0,0025 USD təşkil edir.

Daha çox göstər
Back to top button