
Ermənistanın əldə edə biləcəyi bir ədəd “Akaş” zenit-raket kompleksinin 500 min dollardan aşağı olacağı gözlənilir. Bu barədə ETV Bharat məlumatlandırıb.
Daha öncə hind mətbuat vasitələri Ermənistanın Hindistandan qısa məsəfəli “Akaş” zenit-raket kompleksinin əldə edə biləcəyi haqda məlumat yaymışlar.
Kompleks eyni vaxtda qrup ya da tək rejimdə bir neçə hədəfi vura bilir. O, daxili elektron əks tədbirlər (ECCM) imkanlarına malikdir. Bütün silah sistemi mobil platformalarda yerləşir.
O, 4-25 kilometr radiusda uçan helikopterləri, döyüş təyyarələrini və dronları effektiv şəkildə vura bilir. Kompleks tam avtomatikdir, hədəfləri tez aşkar edir və məhv edir.
Aktiv və passiv maneələrə qarşı yüksək müqavimətə malikdir. Tez bir zamanda nəql edilə və yerləşdirilə bilər.
Bir neçə hədəfi vurmaq və pilotsuz uçuş aparatları (PUA), qanadlı və helikopterdən buraxılan raketlər kimi manevr hədəflərini məhv etmək qabiliyyətinə malik olan “Akaş” Yerevanın HHM ehtiyaclarına mükəmməl şəkildə cavab verir.
Gözlənilir ki, hind “Akaş” zenit raketli kompleksinin Ermənistana tədərükkünü bir neçə aydan sonra başlayacaq.







