
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Ermənistanın çiçəklənməsi Rusiya üçün çox önəmlidir.
“Ötən il dünyanın bir çox ölkələri və xalqları üçün asan olmadı. Ermənistan üçün də, dost xalqımız üçün də asan olmadı. Biz Yerevanı daha təhlükəli geosiyasi oyunlara cəlb etmək üçün hər cür cəhdləri görürük”, – deyən Zaxarova bildirdi. O qeyd edib ki, Qərb erməni xalqının taleyinə biganədir və sadəcə olaraq öz maraqlarından çıxış edir.
“Münasibətlərin müttəfiqlik xarakterini nəzərə alaraq, biz Ermənistanın sülh, sabitlik və rifahına hər cür töhfə verməyə hazırıq. Bu, bizim üçün həqiqətən vacibdir. Öz adımdan Ermənistan xalqına səmimi qəlbdən sülh, yeni ildə firavanlıq və keçən il baş verənlərdən daha az problem olmasını arzulayıram”, – XİN rəsmi nüayəndəsi vurğuladı.







