Başlıcaİctimaiyyət
2023-cü ildə Yerevan əhalisinin təbii artımı 7,9 faiz təşkil edib

2023-cü ildə Yerevan əhalisinin təbii artımı 7,9 faiz təşkil edib. Bu barədə yanvarın 8-də Yerevan bələdiyyəsinin səhiyyə şöbəsinin müdiri Davit Karapetyan məlumat verib.
“Ümumilikdə, 2023-cü il ərzində Yerevanda 15 min 606 uşaq doğulub: 8069 oğlan, 7837 qız. Əhalinin təbii artımı 7,9 faiz təşkil edib”, – deyə Karapetyan bildirib.
Sentyabrın 19-dan sonra Artsaxdan məcburi köçkün və ER paytaxtında olan Artsax vətəndaşlarının ailələrində 187 uşaq (93 oğlan, 94 qız) dünyaya gəlib. Onlardan 48-i (22 oğlan, 26 qız) dekabr ayında doğulub.







