BaşlıcaSiyasət

İranın Cənubi Qafqazdakı tranzit dəhlizləri ilə bağlı aydın mövqeləri var

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bildirib ki, İranın Cənubi Qafqazdakı vəziyyət və tranzit dəhlizləri ilə bağlı aydın mövqeləri var. İrna agentliyinin məlumatına görə, o, deyib:

“Biz region ölkələrində sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün böyük səylər göstəririk. Biz vurğulayırıq ki, tranzit əməkdaşlığının inkişafı geosiyasi dəyişikliklərə və ölkələrin ərazi bütövlüyünün və milli suverenliyinin pozulmasına əsas ola bilməz”.

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlu dünən 2029-cu ilə qədər “Zangezur dəhlizi” layihəsini həyata keçirməyi gözlədiklərini açıqlayıb.

“Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 km-dir. Ümumiyyətlə, bu dəhlizin yaradılması prosesi beş il çəkəcək. Yəni düşünürəm ki, 2028-ci ildə biz bütün işləri yekunlaşdıracağıq”, – deyə o bildirib.

Daha çox göstər
Back to top button